Azərbaycan məhsullarının Kaliforniyaya ixrac imkanları müzakirə edilib

Azərbaycan məhsullarının Kaliforniyaya ixrac imkanları müzakirə edilib İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu "Azexport" portalı və "Meetup Networking Club"un birgə təşkilatçılığı ilə Azərbaycan məhsullarının ABŞ-nin Kaliforniya ştatına ixracına dair onlayn görüş keçirilib.
Biznes
12 Mart , 2024 12:27
Azərbaycan məhsullarının Kaliforniyaya ixrac imkanları müzakirə edilib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu "Azexport" portalı və "Meetup Networking Club"un birgə təşkilatçılığı ilə Azərbaycan məhsullarının ABŞ-nin Kaliforniya ştatına ixracına dair onlayn görüş keçirilib.

"Report" Mərkəzə istinadən xəbər verir ki, görüşdə “Azexport”un rəhbəri Ayxan Qədəşov Kaliforniyada yerləşən "BGS Group" şirkətinə həm portalın, həm də Azərbaycan məhsullarının onlayn təqdimatını edib.

"BGS Group" ABŞ-nin “Sysco”, PFG, “Walmart”, “Afflink”, “US. Foods”, “Costco” və CVS kimi 10-dan artıq iri ticarət şəbəkəsinin məhsulla təchiz edilməsi sahəsində ixtisaslaşıb.

Bu istiqamət üzrə əməkdaşlıq etmək istəyən şəxslər “Azexport” portalı vasitəsilə müraciət edə bilərlər.

Son xəbərlər

Orphus sistemi