Azərbaycan və Özbəkistan elektrotexnika, cihazqayırma sahələrində əməkdaşlığı genişləndirir

Azərbaycan və Özbəkistan elektrotexnika, cihazqayırma sahələrində əməkdaşlığı genişləndirir ​​​​​​​Azərbaycan və Özbəkistan elektrotexnika, cihazqayırma sahələrində əməkdaşlığın inkişafı barədə müzakirə aparıblar.
Biznes
30 Aprel , 2024 11:25
Azərbaycan və Özbəkistan elektrotexnika, cihazqayırma sahələrində əməkdaşlığı genişləndirir

Azərbaycan və Özbəkistan elektrotexnika, cihazqayırma sahələrində əməkdaşlığın inkişafı barədə müzakirə aparıblar.

“Report” İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, bu barədə nazir müavini Səməd Bəşirlinin Özbəkistanın “Uzeltexsanoat” Assosiasiyasının İdarə Heyətinin sədri Mirziyod Yunusov, “Artel” və “AKFA” şirkətlərinin nümayəndələri ilə keçirdiyi görüşdə bildirilib.

Görüşdə Azərbaycan-Özbəkistan tərəfdaşlığının və iqtisadi-ticarət əlaqələrinin inkişaf etdiyi vurğulanıb. Qeyd edilib ki, ölkələr arasında ticarət dövriyyəsi artır, qarşılıqlı investisiya qoyuluşları sahəsində əməkdaşlıq genişlənir. Bununla belə, tərəfdaşlığın gücləndirilməsi üçün böyük imkanlar var.

Son xəbərlər

Orphus sistemi