Azərbaycan məhsulları Çin Beynəlxalq İdxal Sərgisində maraqla qarşılanıb

Azərbaycan məhsulları Çin Beynəlxalq İdxal Sərgisində maraqla qarşılanıb Çinin Şanxay şəhərində keçirilmiş 4-cü Beynəlxalq İdxal Sərgisində İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Azərbaycanın Çindəki Ticarət Nümayəndəliyinin təşkilatçılığı ilə 15 Azərbaycan şir
Biznes
12 Noyabr , 2021 10:09
Azərbaycan məhsulları Çin Beynəlxalq İdxal Sərgisində maraqla qarşılanıb

Çinin Şanxay şəhərində keçirilmiş 4-cü Beynəlxalq İdxal Sərgisində İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Azərbaycanın Çindəki Ticarət Nümayəndəliyinin təşkilatçılığı ilə 15 Azərbaycan şirkətinin istehsal etdiyi məhsullar vahid ölkə stendi ilə Azərbaycan pavilyonunda nümayiş olunub.

"Report" bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumata görə, pavilyonda təqdim olunan nar şirəsi, şərab və digər spirtli içkilər, mineral sular, un və qənnadı məmulatları, limonad, gül yağları və digər məhsullarımız sərgi iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb. Sərgi çərçivəsində Azərbaycan sahibkarları xarici ölkələrdən olan həmkarları ilə görüşlər keçirib, məhsul ixracına dair müzakirələr aparıb.

Sərgi çərçivəsində “Kəmər və yol” ölkələri və yerli hökumətlər arasında ikitərəfli əməkdaşlıq mövzusunda keçirilmiş konfransda Azərbaycanın Çindəki ticarət nümayəndəsi Teymur Nadiroğlu ölkəmizin biznes və investisiya imkanları barədə təqdimatla çıxış edib.

Son xəbərlər

Orphus sistemi