Azərbaycan məhsulları Cənubi Koreyada beynəlxalq sərgidə təqdim olunub

Azərbaycan məhsulları Cənubi Koreyada beynəlxalq sərgidə təqdim olunub İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO-nun və Azərbaycanın Cənubi Koreyadakı səfirliyinin birgə dəstəyi ilə məhsullarımız Seulda keçirilən "Import Goods Fair 2022" beynəlxalq sərgisində təqdim o
Biznes
28 İyun , 2022 11:44
Azərbaycan məhsulları Cənubi Koreyada beynəlxalq sərgidə təqdim olunub

İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO-nun və Azərbaycanın Cənubi Koreyadakı səfirliyinin birgə dəstəyi ilə məhsullarımız Seulda keçirilən "Import Goods Fair 2022" beynəlxalq sərgisində təqdim olunub.

Bu barədə "Report"a AZPROMO-dan bildirilib.

Sərgidə iştirak edən AZPROMO nümayəndələri yerli şirkətlərlə Azərbaycan məhsullarının Koreyada daha çox tanıdılması və ticarət əlaqələrinin artırılması məqsədilə bir sıra görüşlər keçirib, ölkəmizin ixrac potensiallı məhsulları barədə məlumat veriblər.

AZPROMO nümayəndələri həmçinin, Koreya İdxalçılar Assosiasiyasının (KOIMA) beynəlxalq əlaqələr üzrə direktoru Kvak Yunseok, eləcə də Koreya Beynəlxalq Ticarət Assosiasiyasının (KITA) "World Trade Academy" Təlim Mərkəzinin əməkdaşları ilə görüşüblər. Görüşlərdə qarşılıqlı ticarət əlaqələrinin genişləndirilməsi, birgə təlim və tədbirlərin təşkili, İxrac Akademiyasının təkmilləşdirilməsi və "World Trade Academy"nin təcrübəsinin öyrənilməsi kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi