Azərbaycan məhsulları Berlində nümayiş olunur

Azərbaycan məhsulları Berlində nümayiş olunur Bakı. 7 fevral. REPORT.AZ/ Bu gün Berlində (Almaniya) Fruit Logistica meyvə-tərəvəz sərgisi işə başlayıb. 
Biznes
7 Fevral , 2018 17:40
Azərbaycan məhsulları Berlində nümayiş olunur

Bakı. 7 fevral. REPORT.AZ/ Bu gün Berlində (Almaniya) "Fruit Logistica" meyvə-tərəvəz sərgisi işə başlayıb. 

Bu barədə “Report”a İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Məlumata görə, fevralın 9-na qədər davam edəcək sərgidə dünyanın 80-dən çox ölkəsindən olan 3 mindən çox şirkətin məhsulları nümayiş olunur. Sərgidə Azərbaycan şirkətlərinin istehsal etdiyi meyvə-tərəvəz məhsullarının olduğu vahid ölkə stendi də var. 

Qeyd edək ki, "Fruit Logistica" sərgisinin virtual kataloqlarında, meqa-bordlarında, bannerlərində Azərbaycan barədə məlumatlar yerləşdirilib. Bundan başqa, Sərgidə "Made in Azerbaijan" brendinin reklam çarxları nümayiş olunur, ziyarətçilərə müxtəlif çap materialları paylanılır.

Son xəbərlər

Orphus sistemi