Azərbaycan məhsulları Almaniyada təqdim ediləcək
Biznes
- 19 yanvar, 2023
- 13:54
Yanvarın 20-29-da Almaniyanın paytaxtə Berlində qida, kənd təsərrüfatı və bağçılıq sahəsində ənənəvi "Beynəlxalq Yaşıl Həftə" ("International Green Week") sərgisində Azərbaycan məhsulları təqdim ediləcək.
Bu barədə "Report"a İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən (AZPROMO) bildirilib.
Agentliyin təşkilatçılığı ilə sərgidə şərab, qurudulmuş meyvələr, mineral sular, ət və ət məhsulları, duz, çay və qənnadı məmulatlarının istehsalı sahəsində fəaliyyət göstərən 15 Azərbaycan şirkəti öz məhsullarını “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş etdirəcək, həmçinin sərgi ziyarətçilərinə milli mətbəximiz təqdim olunacaq.
Avropanın ən iri sərgisi hesab olunan “Beynəlxalq Yaşıl Həftə"də Azərbaycan 13-cü dəfə təmsil olunacaq.
Son xəbərlər
09:24
BTC kəməri ilə nəql edilən tranzit neftinin həcmi açıqlanıb
Energetika09:23
"Atletiko" 9 il sonra, PSJ isə ardıcıl 3-cü dəfə UEFA Çempionlar Liqasının yarımfinalına yüksəlib
Futbol09:22
Biləsuvarın bəzi hissələrində işıq olmayacaq
Energetika09:18
Hava şəraiti ilə bağlı yollarda endirilən sürət həddi bərpa edilib - YENİLƏNİB
İnfrastruktur09:13
Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə nəqletmə 3 %-dən çox artıb
Energetika09:06
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (15.04.2026)
Maliyyə09:03
İsrail ordusu Livanın cənubunda müdafiə mövqelərini möhkəmləndirir
Digər ölkələr09:03
Azərbaycanda əmtəəlik qaz hasilatı 1 %-ə yaxın artıb
Energetika09:02