Azərbaycan məhsulları 4-cü Çin Beynəlxalq İdxal Sərgisinə çıxarılıb

Biznes
  • 05 noyabr, 2021
  • 14:29
Azərbaycan məhsulları 4-cü Çin Beynəlxalq İdxal Sərgisinə çıxarılıb

Bu gün Çinin Şanxay şəhərində 4-cü Çin Beynəlxalq İdxal Sərgisi öz işinə başlayıb.

"Report" bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, sərgidə nazirliyin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə 15 Azərbaycan şirkətinin istehsalı olan nar şirəsi, şərab və digər spirtli içkilər, mineral sular, un və qənnadı məmulatları, limonad, gül yağları və s. məhsullar nümayiş olunur.

Noyabrın 10-na qədər davam edəcək sərgi çərçivəsində Azərbaycan sahibkarları xarici ölkələrdən olan həmkarları ilə görüşlər keçirəcək, məhsul ixracına dair müzakirələr aparacaqlar.

44 filmi