Azərbaycan marqarin ixracından gəlirini xeyli artırıb

Biznes
  • 03 sentyabr, 2022
  • 10:40
Azərbaycan marqarin ixracından gəlirini xeyli artırıb

Bu ilin I yarısında Azərbaycana xaricdən 1 milyon ABŞ dolları dəyərində 651,6 ton marqarin (maye marqarindən başqa) gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 27,6 %, kəmiyyət olaraq – 45,6 % azdır.

Rusiyadan 890 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 23 % azalıb) 606,8 ton (-41 %), Türkiyədən 135 min ABŞ dolları dəyərində (-26 %) 37,7 ton (-60 %), Ukraynadan 9 min ABŞ dolları dəyərində (-88,7 %) 6,7 ton (-88,8 %), Belarusdan 1 min ABŞ dolları dəyərində (-15 %) 0,4 ton (-6,8 %), Almaniyadan 0,04 min ABŞ dolları dəyərində (-86 %) 0,01 ton (-80 %) məhsul alınıb.

Hesabat dövründə Azərbaycan xaricə 1,4 milyon ABŞ dolları dəyərində 787,5 ton marqarin satıb ki, bu da əvvəlki ilin analoji dövrü ilə müqayisədə müvafiq olaraq 28 % çoxdur və 10 % azdır.

Gürcüstana 1,4 milyon ABŞ dolları dəyərində (+26,4 %) 776,5 ton (-11,2 %) və Özbəkistana 16 min ABŞ dolları dəyərində 10 ton (1 il 3 aylıq aradan sonra tədarük bərpa edilib) məhsul göndərilib.

Azərbaycan marqarini əsasən Gürcüstana satır. Bu ölkənin payına ötənilki ixrac həcminin 100 %-i, 2020-ci ildəki – 79,2 %-i, 2019-cu ildəki – 83,7 %-i, 2018-ci ildəki – 87,8 %-i düşüb.

44 filmi