Azərbaycan Malayziyadan kassa aparatlarının idxalını bərpa edib

Biznes
  • 04 sentyabr, 2023
  • 12:12
Azərbaycan Malayziyadan kassa aparatlarının idxalını bərpa edib

Bu ilin yanvar-iyun aylarında Azərbaycan 2,7 milyon ABŞ dolları dəyərində 16 min 22 ədəd kassa aparatı idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 56 %, kəmiyyət olaraq – 47 % azdır.

Hesabat dövründə Azərbaycan Çindən 2,52 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 44 % azdır) 15 min 745 ədəd (-46,6 %), Tayvandan 79 min ABŞ dolları dəyərində 80 ədəd (bir il əvvəl tədarük olmayıb), Malayziyadan 32 min ABŞ dolları dəyərində 24 ədəd, Vyetnamdan 28 min ABŞ dolları dəyərində 110 ədəd (bir il əvvəl tədarük olmayıb), Türkiyədən 17 min ABŞ dolları dəyərində (-19 %) 53 ədəd (-5 %) cihaz gətirib.

Azərbaycan 3 il 1 aylıq fasilənin ardından Malayziyadan kassa aparatlarının tədarükünü bərpa edib.

44 filmi