Azərbaycan Madaqaskardan lobya idxalını 93 dəfə artırıb

Biznes
  • 23 iyul, 2024
  • 13:21
Azərbaycan Madaqaskardan lobya idxalını 93 dəfə artırıb

Bu ilin yanvar-may aylarında Azərbaycan 3,6 milyon ABŞ dolları dəyərində 2 min 694 ton lobya (qurudulmuş) idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2 dəfə, kəmiyyət olaraq – 94 % çoxdur.

Hesabat dövründə Azərbaycan Özbəkistandan 1,5 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 87 % çoxdur) 1 min ton (+72 %), Myanmadan 147 min ABŞ dolları dəyərində 120 ton (bir il əvvəl tədarük olmayıb), Misirdən 115 min ABŞ dolları dəyərində 70,2 ton (bir il əvvəl tədarük olmayıb), Madaqaskardan 86 min ABŞ dolları dəyərində (+99 dəfə) 65 ton (+93 dəfə) və Ukraynadan 41 min ABŞ dolları dəyərində 22 ton (bir il əvvəl tədarük olmayıb) məhsul alıb.

2023-cü ildə Azərbaycana 13 ölkədən idxal edilmiş 2 min 694 ton qurudulmuş lobyanın 81,3 %-i Özbəkistanın payına düşüb.