Azərbaycan Macarıstandan araxis idxal etməyə başlayıb

Biznes
  • 06 may, 2024
  • 11:32
Azərbaycan Macarıstandan araxis idxal etməyə başlayıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycana 494 min ABŞ dolları dəyərində 179 ton konservləşdirilmiş araxis idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 10 %, kəmiyyət olaraq – 25 % çoxdur.

Hesabat dövründə Azərbaycan Çindən 242 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 5 % azdır) 91 ton (+10 %), Türkiyədən 65,2 min ABŞ dolları dəyərində (-22 %) 16 ton (-33 %), Özbəkistandan 58 min ABŞ dolları dəyərində 26 ton (bir il əvvəl tədarük olmayıb), Birləşmiş Ərəb Əmirliklərindən 44 min ABŞ dolları dəyərində (+9 dəfə) 12,81 ton (+8 dəfə), Hindistandan 35,5 min ABŞ dolları dəyərində 21,54 ton məhsul alıb.

Bu il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Macarıstandan (0,73 min ABŞ dolları dəyərində 0,07 ton) tədarük həyata keçirilib.