Azərbaycan Liviyaya şəkər tədarük etməyə başlayıb
- 24 iyun, 2024
- 05:58
Bu ilin yanvar-aprel aylarında Azərbaycan 7,4 milyon ABŞ dolları dəyərində 9 min 788 ton şəkər ixrac edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 40 %, kəmiyyət olaraq – 43 % azdır.
Hesabat dövündə Azərbaycan Türkmənistana 5,6 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 26 % azdır) 7 min 744 ton (-27 %), Tacikistana 1,45 milyon ABŞ dolları dəyərində 1 min 664 ton (bir il əvvəl tədarük olmayıb), Rusiyaya 249 min ABŞ dolları dəyərində (-49 %) 242 ton (-38 %), Gürcüstana 115 min ABŞ dolları dəyərində (-95%) 127 ton (-96,4 %), Qazaxıstana 4,54 min ABŞ dolları dəyərində (-91 %) 3,66 ton (-95 %) şəkər satıb.
Bu il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Liviyaya (0,5 min ABŞ dolları dəyərində 0,5 ton) tədarük həyata keçirilib.