Azərbaycan Litvadan alüminium folqa idxalını bərpa edib

Biznes
  • 13 yanvar, 2025
  • 08:21
Azərbaycan Litvadan alüminium folqa idxalını bərpa edib

Ötən ilin yanvar-oktyabr aylarında Azərbaycan 5,1 milyon ABŞ dolları dəyərində 871,6 ton alüminium folqa idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 5 %, kəmiyyət olaraq – 3 % azdır.

Hesabat dövründə Azərbaycan Çindən 1,38 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 32 % azdır) 280 ton (-17 %), Yunanıstandan 1,25 milyon ABŞ dolları dəyərində (+30 %) 200 ton (+27 %), Niderlanddan 1 milyon ABŞ dolları dəyərində (+44 %) 128 ton (+29 %), Türkiyədən 993 min ABŞ dolları dəyərində (+8 %) 178 ton (+16 %), Rusiyadan 306,4 min ABŞ dolları dəyərində (-35 %) 63,4 ton (-34 %) məhsul alıb.

Azərbaycan 2 il 1 aylıq aradan sonra Litvadan (2,74 min ABŞ dolları dəyərində 0,01 ton) tədarükü bərpa edib.

44 - Tezliklə