Azərbaycan Latviyadan yoğurt tədarükünü kəskin artırıb

Biznes
  • 07 avqust, 2023
  • 11:05
Azərbaycan Latviyadan yoğurt tədarükünü kəskin artırıb

Bu ilin yanvar-may aylarında Azərbaycana xaricdən 2 milyon ABŞ dolları dəyərində 1 min 221 ton yoğurt gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 1,5 %, kəmiyyət olaraq – 19 % azdır.

Hesabat dövründə Azərbaycan Rusiyadan 1,1 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 9 % azdır) 812 ton (-23 %), Belarusdan 504 min ABŞ dolları dəyərində (+18 %) 294,1 ton (-8 %), Türkiyədən 123,7 min ABŞ dolları dəyərində (+57 %) 60,8 ton (+33 %), Latviyadan 64,5 min ABŞ dolları dəyərində (+44,4 %) 33,1 ton (+83 %), Belçikadan 26 min ABŞ dolları dəyərində 4,7 ton (bir il əvvəl tədarük olmayıb) məhsul alıb.

2022-ci ildə Azərbaycana (13 ölkədən) idxal edilmiş 3 min 229 ton yoğurtun 67,6 %-i Rusiyanın, 22,6 %-i Belarusun, 5,3 %-i Türkiyənin payına düşüb.

Son xəbərlər

Bütün Xəbər Lenti