Azərbaycan Kanadaya mineral su ixracını bərpa edib

Biznes
  • 11 sentyabr, 2023
  • 06:07
Azərbaycan Kanadaya mineral su ixracını bərpa edib

Bu ilin yanvar-iyun aylarında Azərbaycan xarici ölkələrdən 2,43 milyon ABŞ dolları dəyərində 388 min dekalitr mineral su idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 4 % çoxdur, kəmiyyət olaraq – 9 % azdır.

Azərbaycan Gürcüstandan 861 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 24 % çoxdur) 189,2 min dekalitr (+12 %), Rusiyadan 671,2 min ABŞ dolları dəyərində (-32 %) 110,61 min dekalitr (-40 %), Türkiyədən 599 min ABŞ dolları dəyərində (+25 %) 62,81 min dekalitr (+9 %), Fransadan 122 min ABŞ dolları dəyərində (+2,1 dəfə) 11,32 min dekalitr (+89 %), İtaliyadan 82 min ABŞ dolları dəyərində (+0,5 %) 5,4 min dekalitr (-21 %) məhsul alıb.

Hesabat dövründə Azərbaycan xarici ölkələrə 267,3 min ABŞ dolları dəyərində 69,71 min dekalitr mineral su göndərib.

Azərbaycan Rusiyaya 180 min ABŞ dolları dəyərində (+2,5 dəfə) 27,84 min dekalitr (+2,1 dəfə), Türkiyəyə 38 min ABŞ dolları dəyərində (+6,7 dəfə) 26,36 min dekalitr (+11,3 dəfə), Ukraynaya 9,11 min ABŞ dolları dəyərində (+2 dəfə) 3,8 min dekalitr (+97 %), İraqa 8,2 min ABŞ dolları dəyərində 1,81 min dekalitr (bir il əvvəl tədarük olmayıb), Estoniyaya 7,3 min ABŞ dolları dəyərində (+26 %) 2,68 min dekalitr (+45 %) məhsul satıb.

Azərbaycan 2 ilin tamamında Kanadaya (3,72 min ABŞ dolları dəyərində 0,71 min dekalitr) mineral su tədarükünü bərpa edib