Azərbaycan Kanadaya duz ixracını kəskin artırıb
- 25 sentyabr, 2023
- 08:00
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-iyul aylarında Azərbaycan xarici ölkələrə 817 min ABŞ dolları dəyərində 7 min 64 ton duz (qida üçün yararlı, yodlaşdırılmış) ixrac edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 37 %, kəmiyyət olaraq – 44 % azdır.
Azərbaycan Gürcüstana 403,46 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 28 % azdır) 2 min 569 ton (-38 %), Rusiyaya 390,48 min ABŞ dolları dəyərində (-46 %) 4 min 290 ton (-50 %), Ukraynaya 12,5 min ABŞ dolları dəyərində (+40 %) 103,1 ton (+75 %), Qazaxıstana 9,7 min ABŞ dolları dəyərində 100 ton (bir il əvvəl tədarük olmayıb), Kanadaya 0,44 min ABŞ dolları dəyərində (+3 dəfə) 1,7 ton (+8,5 dəfə) məhsul göndərib.
Hesabat dövründə Azərbaycana xarici ölkələrdən 747 min ABŞ dolları dəyərində (+7,4 %) 6 min 275 ton (+4,2 %) duz gətirilib.
Azərbaycan İrandan 320,5 min ABŞ dolları dəyərində (-3 %) 4 min ton (-3 %), Rusiyadan 286 min ABŞ dolları dəyərində (+2,7 dəfə) 2 min ton (+3,3 dəfə), Türkiyədən 50,9 min ABŞ dolları dəyərində (-28 %) 99 ton (-57 %), Pakistandan 35,88 min ABŞ dolları dəyərində (+20 %) 50,96 ton (+2 dəfə), Çindən 17,2 min ABŞ dolları dəyərində (+98 %) 0,62 ton (-23 %) məhsul alıb.