Azərbaycan Kanadadan ördək əti tədarük etməyə başlayıb

Biznes
  • 27 oktyabr, 2023
  • 12:07
Azərbaycan Kanadadan ördək əti tədarük etməyə başlayıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan 120 min ABŞ dolları dəyərində 34,2 ton ördək əti idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 54 %, kəmiyyət olaraq 48 % azdır.

Hesabat dövründə Azərbaycana Rusiyadan 77,6 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2,2 dəfə çoxdur) 28,6 ton (+2,9 dəfə), Macarıstandan 16,5 min ABŞ dolları dəyərində (-82 %) 2,45 ton (-88 %), Niderlanddan 15,4 min ABŞ dolları dəyərində (+60 %) 2,5 ton (+4 %), Lüksemburqdan 6,9 min ABŞ dolları dəyərində (-28 %) 0,3 ton (-30 %), Kanadadan 1,9 min ABŞ dolları dəyərində 0,3 ton məhsul alıb.

Bu il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə Kanadadan tədarük həyata keçirilib.

44 - Tezliklə