Azərbaycan kakao ixracını 9 %-ə yaxın artırıb

Biznes
  • 21 sentyabr, 2024
  • 05:33
Azərbaycan kakao ixracını 9 %-ə yaxın artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan 80,823 milyon ABŞ dolları dəyərində kakao və ondan hazırlanan məhsulları idxal edib.

"Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 18,5 % çoxdur.

Hesabat dövründə Azərbaycan həmçinin 6,194 milyon ABŞ dolları dəyərində kakao və ondan hazırlanan məhsulları ixrac edib. Bu isə 1 il əvvələ nisbətən 8,8 % çoxdur.

Kakao və ondan hazırlanan məhsulları üzrə idxal Azərbaycanın ümumi idxalının 0,63 %-ni, ixrac isə ümumi ixracın 0,03 %-ni təşkil edib.

Xatırladaq ki, bu ilin yanvar-avqust aylarında Azərbaycan xarici ölkələrlə 30 milyard 995 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 12,7 % azdır.

Xarici ticarət dövriyyəsinin 18 milyard 232 milyon ABŞ dolları ixracın, 12 milyard 764 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 25,1 % azalıb, idxal isə 14,5 % artıb.

Son nəticədə xarici ticarətdə 5 milyard 468 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 2,4 dəfə azdır.

Son xəbərlər

Bütün Xəbər Lenti