Azərbaycan İtaliyaya polietilen ixracını bərpa edib

Biznes
  • 05 fevral, 2024
  • 13:47
Azərbaycan İtaliyaya polietilen ixracını bərpa edib

2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycan 145 milyon ABŞ dolları dəyərində 139 min 419 ton polietilen ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 11,1 %, kəmiyyət olaraq – 33 % çoxdur.

Hesabat dövründə Azərbaycan Rusiyaya 89,2 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2,1 dəfə çoxdur) 71 min 517 ton (+2,6 dəfə), Türkiyəyə 29,9 milyon ABŞ dolları dəyərində (-29 %) 36 min 647 ton (+0,3 %), Çinə 19,4 milyon ABŞ dolları dəyərində (-26 %) 24 min 503 ton (-6 %), Ukraynaya 3,2 milyon ABŞ dolları dəyərində (-36 %) 3 min 486 ton (-16 %), Özbəkistana 1,3 milyon ABŞ dolları dəyərində (-32 %) 1 min 317 ton (-9 %) məhsul satıb.

Azərbaycan 4 il 10 aylıq fasilənin ardından İtaliyaya (55 min ABŞ dolları dəyərində 22,3 ton) tədarükü bərpa edib.

Son xəbərlər

Bütün Xəbər Lenti