Azərbaycan İtaliyadan pendir tədarükünü 9 dəfə artırıb

Biznes
  • 04 aprel, 2024
  • 13:52
Azərbaycan İtaliyadan pendir tədarükünü 9 dəfə artırıb

2024-cü ilin yanvar ayında Azərbaycan 2,6 milyon ABŞ dolları dəyərində 594 ton pendir idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 32 %, kəmiyyət olaraq – 41 % çoxdur.

Hesabat dövründə Azərbaycan Litvadan 641 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 99,6 % çoxdur) 128 ton (+2,4 dəfə), İrandan 326 min ABŞ dolları dəyərində (+18 %) 160 ton (+6 %), Rusiyadan 229 min ABŞ dolları dəyərində (+2,2 dəfə) 53 ton (+3 dəfə), İtaliyadan 194 min ABŞ dolları dəyərində (+7 dəfə) 18,5 ton (+9 dəfə), Belarusdan 176 min ABŞ dolları dəyərində (+3 dəfə) 33,1 ton (+3 dəfə) pendir alıb.

2023-cü ildə Azərbaycana 32 ölkədən idxal edilmiş 6,7 min ton pendirin 36,2 %-i İranın, 15,1 %-i Litvanın payına düşüb.

Son xəbərlər

Bütün Xəbər Lenti