Azərbaycan İtaliyadan kakao idxalını 20 dəfə artırıb
- 08 may, 2024
- 07:25
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin ilk iki ayında Azərbaycan 1,2 milyon ABŞ dolları dəyərində 294 ton kakao tozu idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2,3 dəfə, kəmiyyət olaraq – 2,3 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycan Türkiyədən 755 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 57 % çoxdur) 169 ton (+46 %), Niderlanddan 290 min ABŞ dolları dəyərində (+10 dəfə) 70 ton (+10 dəfə), Ukraynadan 94 min ABŞ dolları dəyərində 42 ton (bir il əvvəl tədarük olmayıb), İtaliyadan 28 min ABŞ dolları dəyərində (+14 dəfə) 4,5 ton (+20 dəfə), Çindən 14,4 min ABŞ dolları dəyərində 5 ton (bir il əvvəl tədarük olmayıb) məhsul alıb.
2023-cü ildə Azərbaycana 20 ölkədən idxal edilmiş 750 ton kakao tozunun 51 %-i Türkiyənin, 13,3 %-i Niderlandın payına düşüb.