Azərbaycan İsveçrədən pendir tədarükünü bərpa edib
- 01 sentyabr, 2023
- 12:24
Bu ilin yanvar-iyun aylarında Azərbaycana xarici ölkələrdən 12,711 milyon ABŞ dolları dəyərində 3 min 92 ton pendir idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 13 %, kəmiyyət olaraq – 0,2 % çoxdur.
Hesabat dövründə Azərbaycan İrandan 2,1 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 42 % çoxdur) 1 min 138 ton (+36 %), Litvadan 1,95 milyon ABŞ dolları dəyərində (+30 %) 359,5 ton (+15 %), Almaniyadan 1,783 milyon ABŞ dolları dəyərində (+22 %) 320 ton (+8,5 %), Belarusdan 1,252 milyon ABŞ dolları dəyərində (+2 %) 200,4 ton (-15 %), Türkiyədən 1,22 milyon ABŞ dolları dəyərində (-24 %) 193 ton (-51 %) məhsul alıb.
Azərbaycan 3 ilin tamamında İsveçrədən (1,3 min ABŞ dolları dəyərində 0,05 ton) pendir tədarükünü bərpa edib.
2022-ci ildə Azərbaycana (31 ölkədən) idxal edilmiş 25 milyon ABŞ dolları dəyərində pendirin 15,3 %-i Litvanın, 14,2 %-i Türkiyənin, 13,5 %-i Almaniyanın, 12,7 %-i İranın, 10,2 %-i Belarusun payına düşüb.