Azərbaycan İsveçrə və Türkmənistana çay satışını bərpa edib

Biznes
  • 27 sentyabr, 2023
  • 13:35
Azərbaycan İsveçrə və Türkmənistana çay satışını bərpa edib

Bu ilin yanvar-iyul aylarında Azərbaycan xarici ölkələrdən 37,5 milyon ABŞ dolları dəyərində 7 min 111 ton qara çay idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 10 %, kəmiyyət olaraq – 14 % azdır.

Azərbaycana Şri-Lankadan 29 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 20 % azdır) 5 min 381 ton (-24 %), Rusiyadan 3,728 milyon ABŞ dolları dəyərində (+37 %) 621,1 ton (+23 %), Hindistandan 2,76 milyon ABŞ dolları dəyərində (+2,5 dəfə) 698 ton (+2 dəfə), Keniyadan 982 min ABŞ dolları dəyərində (+33 %) 192 ton (+28 %), İrandan 321 min ABŞ dolları dəyərində (+2,8 dəfə) 55,2 ton (+34 %) məhsul gətirilib.

Hesabat dövründə Azərbaycan 3,2 milyon ABŞ dolları dəyərində (-57 %) 341 ton (-72 %) qara çay ixrac edib.

Azərbaycan Gürcüstana 1,64 milyon ABŞ dolları dəyərində (-42 %) 179 ton (-46 %), Ukraynaya 799 min ABŞ dolları dəyərində (+23 %) 92 ton (+15 %), Birləşmiş Ərəb Əmirliklərinə 273 min ABŞ dolları dəyərində (+87 %) 26 ton (+73 %), Səudiyyə Ərəbistanına 72,5 min ABŞ dolları dəyərində (+4,5 dəfə) 6 ton (+3,3 dəfə), Moldovaya 66,6 min ABŞ dolları dəyərində (+86 %) 7,3 ton (+83 %) məhsul satıb.

Azərbaycan 4 il 9 aylıq fasilənin ardından İsveçrəyə (0,53 min ABŞ dolları dəyərində 0,12 ton) və 1 il 9 aydan sonra Türkmənistana (3,7 min ABŞ dolları dəyərində 0,5 ton) tədarükü bərpa edib.

2022-ci ildə Azərbaycandan (23 ölkəyə) ixrac edilən 11,142 milyon ABŞ dolları dəyərində qara çayın 43,6 %-i Gürcüstanın, 36,9 %-i Rusiyanın payına düşüb.

Son xəbərlər

Bütün Xəbər Lenti