Azərbaycan İsveçdən traktor alışını 2,5 dəfə artırıb

Biznes
  • 27 sentyabr, 2023
  • 09:27
Azərbaycan İsveçdən traktor alışını 2,5 dəfə artırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan xarici ölkələrdən 95,4 milyon ABŞ dolları dəyərində 3 min 817 ədəd traktor idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 79 %, kəmiyyət olaraq – 79,5 % çoxdur.

Hesabat dövründə Azərbaycan Niderlanddan 23,33 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2,4 dəfə çoxdur) 1 min 62 ədəd (+2,2 dəfə), Almaniyadan 18,9 milyon ABŞ dolları dəyərində (+78 %) 937 ədəd (+86 %), İsveçdən 11,85 milyon ABŞ dolları dəyərində (+2,9 dəfə) 546 ədəd (+2,5 dəfə), Belarusdan 11,55 milyon ABŞ dolları dəyərində (+77 %) 496 ədəd (+53 %), Fransadan 9,83 milyon ABŞ dolları dəyərində (+2 dəfə) 140 ədəd (+46 %) traktor alıb.

2022-ci ildə Azərbaycana (18 ölkədən) xaricdən gətirilmiş 4 min 695 ədəd traktorun 26,7 %-i Niderlandın, 25,6 %-i Almaniyanın payına düşüb.

Son xəbərlər

Bütün Xəbər Lenti