Azərbaycan İspaniyaya alüminium ixrac etməyə başlayıb

Biznes
  • 05 iyul, 2024
  • 07:43
Azərbaycan İspaniyaya alüminium ixrac etməyə başlayıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycan 19,1 milyon ABŞ dolları dəyərində 8 min 317 ton alüminium (emal olunmamış) ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 50 %, kəmiyyət olaraq – 46 % azdır.

Hesabat dövründə Azərbaycan Türkiyəyə 10,4 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 64 % azdır) 4 min 552 ton (-62 %), Yaponiyaya 5,3 milyon ABŞ dolları dəyərində (+19 %) 2 min 508 ton (+19 %), Özbəkistana 2,5 milyon ABŞ dolları dəyərində (-6 %) 924 ton (+2 %), İrana 684 min ABŞ dolları dəyərində 284 ton (bir il əvvəl tədarük olmayıb), İspaniyaya 136 min ABŞ dolları dəyərində 48,6 ton məhsul satıb.

Bu il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq İspaniyaya tədarük həyata keçirilib.

44 - Tezliklə