Azərbaycan İspaniyadan qurudulmuş gavalı idxalını bərpa edib
- 10 oktyabr, 2023
- 13:16
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-iyul aylarında Azərbaycan xarici ölkələrdən 434 min ABŞ dolları dəyərində 226 ton qurudulmuş qara gavalı idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 20 % azdır, kəmiyyət olaraq – 5 % çoxdur.
Hesabat dövründə Azərbaycan İrandan 199 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 75 % çoxdur) 150 ton (+92 %), Moldovadan 111 min ABŞ dolları dəyərində (-60 %) 31 ton (-38 %), Özbəkistandan 82 min ABŞ dolları dəyərində (-31 %) 35 ton (-66 %), Argentinadan 17,1 min ABŞ dolları dəyərində (+3 dəfə) 3,53 ton (+3,6 dəfə), Türkiyədən 9,61 min ABŞ dolları dəyərində (+14 %) 2,75 ton (+4,6 %) qara gavalı alıb.
Azərbaycan 2 il 11 aylıq fasilənin ardından İspaniyadan (3 min ABŞ dolları dəyərində 1 ton) tədarükü bərpa edib.