Azərbaycan İspaniyadan limon və laym idxalını bərpa edib

Biznes
  • 21 avqust, 2024
  • 10:11
Azərbaycan İspaniyadan limon və laym idxalını bərpa edib

Bu ilin yanvar-iyun aylarında Azərbaycana xaricdən 10 milyon ABŞ dolları dəyərində 12 min 104 ton limon və laym (təzə və ya qurudulmuş) gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 18 %, kəmiyyət olaraq – 15 % çoxdur.

Hesabat dövründə Azərbaycan Türkiyədən 7,67 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 7,3 % çoxdur) 10 min 229 ton (+7,8 %), Cənubi Afrika Respublikasından 2,27 milyon ABŞ dolları dəyərində (+82 %) 1 min 814 ton (+82 %), Braziliyadan 73,3 min ABŞ dolları dəyərində (+33 %) 38,53 ton (+30 %), İspaniyadan 21,66 min ABŞ dolları dəyərində 17,32 ton, Tailanddan 3,76 min ABŞ dolları dəyərində 0,86 ton (bir il əvvəl tədarük olmayıb) məhsul alıb.

Azərbaycan 8 il 5 aylıq fasilənin ardından İspaniyadan limon və laym tədarükünü bərpa edib.

Son xəbərlər

Bütün Xəbər Lenti