Azərbaycan İspaniyadan kakao idxalını kəskin artırıb
- 06 avqust, 2024
- 10:25
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-may aylarında Azərbaycan 2,45 milyon ABŞ dolları dəyərində 557 ton kakao tozu idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2,2 dəfə, kəmiyyət olaraq – 2,1 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycan Türkiyədən 1,6 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2,3 dəfə çoxdur) 322 ton (+2,1 %), Niderlanddan 455 min ABŞ dolları dəyərində (+5 dəfə) 106 ton (+5 dəfə), Ukraynadan 94 min ABŞ dolları dəyərində 42 ton (bir il əvvəl tədarük olmayıb), Kot-d`İvuardan 90,1 min ABŞ dolları dəyərində (-46 %) 23,4 ton (-47 %), İspaniyadan 83,4 min ABŞ dolları dəyərində (+8 300 dəfə) 25 ton (+2 500 dəfə) məhsul alıb.
2023-cü ildə Azərbaycana 20 ölkədən idxal edilmiş 750 ton kakaonun 51 %-i Türkiyənin, 13,3 %-i Niderlandın payına düşüb.