Azərbaycan İspaniyadan kakao alışını kəskin artırıb
- 23 avqust, 2023
- 13:20
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-iyun aylarında Azərbaycana xarici ölkələrdən 1,6 milyon ABŞ dolları dəyərində 396 ton kakao tozu idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 20 %, kəmiyyət olaraq – 32 % azdır.
Hesabat dövründə Azərbaycana Türkiyədən 865,6 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 37 % azdır) 189,1 ton (-50 %), Niderlanddan 254,6 min ABŞ dolları dəyərində (+70 %) 65,4 ton (+45,5 %), Kot-d'İvuardan 165,97 min ABŞ dolları dəyərində (+2,4 dəfə) 42,88 ton (+79 %), Rusiyadan 89,72 min ABŞ dolları dəyərində (-56 %) 27,1 ton (-52 %), İspaniyadan 83 min ABŞ dolları dəyərində (+46 dəfə) 25 ton (+63 dəfə) məhsul gətirilib.
2022-ci ildə Azərbaycana (23 ölkədən) idxal edilən 1 min 105 ton kakao tozunun 63,9 %-i Türkiyənin payına düşüb.