Azərbaycan İspaniyadan avtobus tədarük etməyə başlayıb
- 01 sentyabr, 2023
- 05:46
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-iyun aylarında Azərbaycana 5,25 milyon ABŞ dolları dəyərində 77 ədəd avtobus idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 88,5 %, kəmiyyət olaraq – 76 % azdır.
Hesabat dövründə Azərbaycan Türkiyədən 2,2 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 94,7 % azdır) 27 ədəd (-88,7 %), Çindən 1 milyon ABŞ dolları dəyərində (+30 %) 7 ədəd (-46 %), Cənubi Koreyadan 843 min ABŞ dolları dəyərində (-60 %) 16 ədəd (-65 %), Almaniyadan 808,11 min ABŞ dolları dəyərində (+3,6 %) 25 ədəd (dəyişməyib), İsveçdən 313 min ABŞ dolları dəyərində 1 ədəd (4 il 9 aydan sonra tədarük bərpa edilib) avtobus alıb.
Bu il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq İspaniyadan (56,5 min ABŞ dolları dəyərində 1 ədəd) tədarük həyata keçirilib.