Azərbaycan İraqın əsas çay idxalatçısı olub

Biznes
  • 22 aprel, 2022
  • 09:18
Azərbaycan İraqın əsas çay idxalatçısı olub

Bu ilin yanvar-mart aylarında Azərbaycan İraqın əsas çay idxalatçılarından olub.

“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.

Hesabat dövründə İraq ən çox çayı Şri-Lankadan (illik müqayisədə 75 % çox), Rusiyadan (15 % az), BƏƏ-dən (57 % çox), Azərbaycandan (17 % çox) və İrandan (27 % çox) idxal edib. Digər əsas tədarükçülər isə Türkiyə (2021-ci ildəki birinci yerdən altıncı yerə düşüb), Liviya, Çin, Səudiyyə Ərəbistanı və Almaniya olub.

Bu ilin yanvar-mart ayında İraqın ümumi çay idxalı ötən ilin eyni dövrü ilə müqayisədə 6,19 milyon kilogram və ya 8,9 % azalaraq 63,7 milyon kilograma düşüb.

Təkcə bu ilin mart ayında isə İraqın ümumi çay idxalı 23,17 milyon kiloqram olub ki, bu da illik müqayisədə 2,64 milyon kiloqram və ya 10,2 % azdır.

44 - Tezliklə