Azərbaycan İrandan xam şəkər idxalını bərpa edib

Biznes
  • 25 dekabr, 2024
  • 09:00
Azərbaycan İrandan xam şəkər idxalını bərpa edib

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 141,4 milyon ABŞ dolları dəyərində 239 min 574 ton xam şəkər idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 9 %, kəmiyyət olaraq – 2 % azdır.

Hesabat dövründə Azərbaycan Braziliyadan 133,3 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 14 % azdır) 227 min 419 ton (-7 %), Rusiyadan 8 milyon ABŞ dolları dəyərində 12 min 95 ton (bir il əvvəl tədarük olmayıb), Kolumbiyadan 88 min ABŞ dolları dəyərində (+54 %) 44,6 ton (+45 %), Mavrikiyadan 27,7 min ABŞ dolları dəyərində (+2,2 dəfə) 9,4 ton (+2 dəfə), Birləşmiş Ərəb Əmirlikləri 8,5 min ABŞ dolları dəyərində (+4,7 dəfə) 1,9 ton (+3,7 dəfə) məhsul alıb.

Azərbaycan 5 il 4 aylıq fasilənin İrandan (1,8 min ABŞ dolları dəyərində 1,5 ton) tədarükü bərpa edib.

2023-cü ildə Azərbaycana 9 ölkədən idxal edilmiş 258,7 min ton xam şəkərin 94,5 %-i Braziliyanın payına düşüb.