Azərbaycan İrana alüminium ixracını 11 dəfə artırıb

Biznes
  • 07 avqust, 2024
  • 10:01
Azərbaycan İrana alüminium ixracını 11 dəfə artırıb

Bu ilin yanvar-may aylarında Azərbaycan 29,65 milyon ABŞ dolları dəyərində 12 min 585 ton alüminium (emal olunmamış) ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 34 %, kəmiyyət olaraq – 32 % azdır.

Hesabat dövründə Azərbaycan Türkiyəyə 18,1 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 47 % azdır) 7 645 ton (-46 %), Yaponiyaya 7,2 milyon ABŞ dolları dəyərində (+25 %) 3 331 ton (+22 %), Özbəkistana 2,8 milyon ABŞ dolları dəyərində (-19 %) 1 034 ton (-11 %), İrana 1,3 milyon ABŞ dolları dəyərində (+15 dəfə) 525 ton (+11 dəfə) və İspaniyaya 136,3 min ABŞ dolları dəyərində 48,7 ton (bir il əvvəl tədarük olmayıb) məhsul satıb.

2023-cü ildə Azərbaycandan 7 ölkəyə ixrac edilmiş 35 min ton alüminium ərintisinin 66,7 %-i Türkiyənin payına düşüb.

44 - Tezliklə