Azərbaycan iki ölkəyə şəkər tədarükünü bərpa edib

Biznes
  • 28 oktyabr, 2024
  • 11:38
Azərbaycan iki ölkəyə şəkər tədarükünü bərpa edib

Bu ilin yanvar-avqust aylarında Azərbaycan 25 milyon ABŞ dolları dəyərində 32 min 648 ton şəkər ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 50 %, kəmiyyət olaraq – 46,2 % çoxdur.

Hesabat dövründə Azərbaycan Türkmənistana 15,1 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 54 % çoxdur) 21 min 120 ton (+56 %), Özbəkistana 6,75 milyon ABŞ dolları dəyərində 8 min 85 ton (bir il əvvəl tədarük olmayıb), Tacikistana 2,2 milyon ABŞ dolları dəyərində (+12 %) 2 min 496 ton (+3 %), Rusiyaya 636 min ABŞ dolları dəyərində (+22 %) 614 ton (+49 %), Gürcüstana 212 min ABŞ dolları dəyərində (-92 %) 233 ton (-93,5 %) məhsul satıb.

Azərbaycan 2 il 5 aylıq ardan sonra Küveytə (0,9 min ABŞ dolları dəyərində 0,3 ton) və 2 il 11 aylıq fasilənin ardından Özbəkistana şəkər tədarükünü bərpa edib.

2023-cü ildə Azərbaycandan 15 ölkəyə ixrac edilmiş 31,777 min ton şəkərin 66 %-i Türkmənistanın payına düşüb.

Son xəbərlər

Bütün Xəbər Lenti