Azərbaycan iki ölkəyə qara kürü ixrac etməyə başlayıb

Biznes
  • 01 avqust, 2024
  • 08:42
Azərbaycan iki ölkəyə qara kürü ixrac etməyə başlayıb

Bu ilin yanvar-may aylarında Azərbaycan 415,3 min ABŞ dolları dəyərində 0,4 ton qara kürü (nərə balıqlarının kürüsü) ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 77,2 %, kəmiyyət olaraq – 32 % çoxdur.

Hesabat dövründə Azərbaycan Birləşmiş Ərəb Əmirliklərinə 164,6 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 3,7 dəfə) 0,2 ton (+3,4 dəfə), Amerika Birləşmiş Ştatlarına (ABŞ) 94,1 min ABŞ dolları dəyərində (+2 dəfə) 0,1 ton (+2 dəfə), Qazaxıstana 80 min ABŞ dolları dəyərində 0,04 ton (bir il əvvəl tədarük olmayıb), Təyin olunmayan ölkəyə (Rüsumsuz Ticarət Mağazasından alınıb) 65,1 min ABŞ dolları dəyərində (+67 %) 0,04 ton (+2 dəfə), Səudiyyə Ərəbistanına 8,7 min ABŞ dolları dəyərində 0,01 ton qara kürü satıb.

Bu il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Qazaxıstana və Səudiyyə Ərəbistanına tədarük həyata keçirilib.