Azərbaycan iki ölkədən şveller tədarükünü kəskin artırıb
- 19 sentyabr, 2023
- 09:11
Bu ilin yanvar-iyul aylarında Azərbaycan xarici ölkələrdən 3,38 milyon ABŞ dolları dəyərində 4 min 229 ton şveller idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 16 %, kəmiyyət olaraq – 41 % çoxdur.
Hesabat dövründə Azərbaycana İrandan 1,93 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 93 % çoxdur) 2 min 680 ton (+2 dəfə), Rusiyadan 1,1 milyon ABŞ dolları dəyərində (+6,3 %) 1 min 292 ton (+31 %), Türkiyədən 225 min ABŞ dolları dəyərində (-64 %) 219 ton (-54 %), Almaniyadan 32,5 min ABŞ dolları dəyərində (+2,3 dəfə) 6,34 ton (+70 %), İspaniyadan 28,2 min ABŞ dolları dəyərində 19 ton (bir il əvvəl tədarük olmayıb) məmulat gətirilib.
2022-ci ildə Azərbaycana (14 ölkədən) idxal edilən 5 min 605 ton şvellerin 54,8 %-i İranın, 28,4 %-i Rusiyanın payına düşüb.