Azərbaycan iki ölkədən polad prokatının tədarükünü bərpa edib
- 05 avqust, 2024
- 07:47
Bu ilin yanvar-may aylarında Azərbaycan 131,8 milyon ABŞ dolları dəyərində 167 707 ton polad prokatı idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 88 %, kəmiyyət olaraq – 51 % çoxdur.
Hesabat dövründə Azərbaycan Rusiyadan 81,1 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 15,4 % çoxdur) 118 588 ton (+7 %), Çindən 28,3 milyon ABŞ dolları dəyərində (+31 %) 26 111 ton (+34 %), Qazaxıstandan 8,1 milyon ABŞ dolları dəyərində (+29 %) 8 844 ton (+36 %), Türkiyədən 7,7 milyon ABŞ dolları dəyərində (-4 %) 6 931 ton (+7 %), İrandan 5,3 milyon ABŞ dolları dəyərində (+63 %) 6 268 ton (+66 %) məhsul alıb.
Azərbaycan 1 il 7 aylıq fasilənin ardından Gürcüstandan (0,95 min ABŞ dolları dəyərində 0,8 ton) və 1 il 2 aylıq aradan sonra İsveçrədən (8,2 min ABŞ dolları dəyərində 7,5 ton) polad prokatı tədarükünü bərpa edib.