Azərbaycan iki ölkədən piano tədarük etməyə başlayıb

Biznes
  • 22 mart, 2024
  • 07:08
Azərbaycan iki ölkədən piano tədarük etməyə başlayıb

Ötən il Azərbaycan 255,42 min ABŞ dolları dəyərində 952 ədəd piano idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin göstəricisindən dəyər ifadəsində 17 % azdır, kəmiyyət olaraq 27 % çoxdur.

Hesabat dövründə Azərbaycan Çindən 207,48 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 23 % azdır) 938 ədəd (+26 %), Almaniyadan 27,2 min ABŞ dolları dəyərində (+16 dəfə) 2 ədəd (dəyişməyib), İndoneziyadan 13,5 min ABŞ dolları dəyərində 4 ədəd (bir il əvvəl tədarük olmayıb), Avstraliyadan 4 min ABŞ dolları dəyərində 1 ədəd, Böyük Britaniyadan 0,96 min ABŞ dolları dəyərində 1 ədəd piano alıb.

Ötən il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Avstraliyadan və Böyük Britaniyadan tədarük həyata keçirilib.