Azərbaycan iki ölkədən peçenye idxalını bərpa edib

Biznes
  • 29 may, 2024
  • 11:47
Azərbaycan iki ölkədən peçenye idxalını bərpa edib

Bu ilin yanvar-mart aylarında Azərbaycan 12,52 milyon ABŞ dolları dəyərində 5 min 469 ton şirin quru peçenye idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 23 %, kəmiyyət olaraq – 24 % çoxdur.

Hesabat dövründə Azərbaycan Türkiyədən 5,8 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 49 % çoxdur) 1 min 724 ton (+47 %), Rusiyadan 1,81 milyon ABŞ dolları dəyərində (+15 %) 902 ton (+28 %), İrandan 1,6 milyon ABŞ dolları dəyərində (+15 %) 1 min 952 ton (+15 %), Ukraynadan 1 milyon ABŞ dolları dəyərində (+74 %) 384 ton (+73 %), Qazaxıstandan 656 min ABŞ dolları dəyərində (-20 %) 178 ton (-18 %) məhsul alıb.

Azərbaycan 4 il 3 aylıq fasilənin ardından Yaponiyadan (8 min ABŞ dolları dəyərində 3,9 ton) və 4 il 2 aylıq aradan sonra Pakistandan (64 min ABŞ dolları dəyərində 15,5 ton) tədarükü bərpa edib.