Azərbaycan iki ölkədən noxud tədarükünü bərpa edib
- 03 noyabr, 2023
- 11:23
Bu ilin yanvar-avqust aylarında Azərbaycan xarici ölkələrə 1,12 milyon ABŞ dolları dəyərində 1 min 249 ton qurudulmuş noxud idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 47 %, kəmiyyət olaraq – 55 % azdır.
Hesabat dövründə Azərbaycan Meksikadan 391,37 min ABŞ dolları (bir il əvvəlki göstəricidən 43 % azdır) dəyərində 200 ton (-55 %), Rusiyadan 357,1 min ABŞ dolları (-47 %) dəyərində 834,2 ton (-55 %), Türkiyədən 117,3 min ABŞ dolları dəyərində (-1,7 %) 74,1 ton (-9 %), Hindistandan 98,36 min ABŞ dolları dəyərində (-63 %) 68 ton (-65 %), Macarıstandan 58,38 min ABŞ dolları dəyərində 25,57 ton (bir il əvvəl tədarük olmayıb) noxud alıb.
Azərbaycan 2 il 2 aylıq fasilənin ardından Argentinadan (38,44 min ABŞ dolları dəyərində 22 ton) və 1 il 6 aydan sonra İrandan (6,1 min ABŞ dolları dəyərində 9,5 ton) noxud tədarükünü bərpa edib.