Azərbaycan iki ölkədən meyvə ağaclarının alışını bərpa edib
- 02 noyabr, 2023
- 11:45
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-avqust aylarında Azərbaycan 12 milyon ABŞ dolları dəyərində 4 milyon 609 min ədəd ağac, kol və kolluq (yeməli bar gətirən) idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 23 % çoxdur, kəmiyyət olaraq – 3,4 % azdır.
Hesabat dövründə Azərbaycan Türkiyədən 7,4 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 28 % çoxdur) 3 milyon 185 min ədəd (+18 %), İtaliyadan 1,6 milyon ABŞ dolları dəyərində (+48 %) 319,6 min ədəd (+42 %), Yunanıstandan 760 min ABŞ dolları dəyərində (-3,8 %) 460 min ədəd (-10 %), Niderlanddan 639,5 min ABŞ dolları dəyərində (+2,2 dəfə) 93,7 min ədəd (-65 %), Fransadan 503,3 min ABŞ dolları dəyərində (-40 %) 100,8 min ədəd (-30 %) məhsul alıb.
Azərbaycan 1 il 7 aylıq fasilənin ardından Belçikadan (391 min ABŞ dolları dəyərində 67,6 min ədəd) və 1 il 1 aylıq aradan sonra Gürcüstandan (83,3 min ABŞ dolları dəyərində 44,2 min ədəd) tədarükü bərpa edib.