Azərbaycan iki ölkədən kokos yağının alışını bərpa edib
- 10 oktyabr, 2022
- 09:31
2022-ci ilin ilk 7 ayı ərzində Azərbaycan 1,159 milyon ABŞ dolları dəyərində 410,89 ton kokos yağı idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 12,2 %, kəmiyyət olaraq – 33,2 % azdır.
Hesabat dövründə Malayziyadan 964,92 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 0,8 % azdır) 341,22 ton (-25,7 %), Rusiyadan 189,06 min ABŞ dolları dəyərində (-44,6 %) 69,07 ton (-54,6 %), Şri-Lankadan 2,17 min ABŞ dolları dəyərində (+7,9 %) 0,2 ton (-16,7 %), Türkiyədən 1,69 min ABŞ dolları dəyərində (-20 %) 0,11 ton (-21,4 %), Fransadan 0,66 min ABŞ dolları dəyərində 0,04 ton məhsul gətirilib.
Bu il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Fransadan tədarük olub.
İki il 6 aylıq aradan sonra Filippindən, 1 il 4 aylıq fasilənin ardından Almaniyadan idxal bərpa edilib. Həmin ölkələrdən müvafiq olaraq 0,64 min ABŞ dolları dəyərində 0,15 ton və 0,02 min ABŞ dolları dəyərində 0,01 ton yağ idxal edilib.