Azərbaycan iki ölkədən hindtoyuğu ətinin alışını kəskin artırıb
- 13 noyabr, 2023
- 11:06
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-avqust aylarında Azərbaycan 3,1 milyon ABŞ dolları dəyərində 2,3 min ton hindtoyuğu əti (təzə və ya soyudulmuş, dondurulmuş) idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 65 %, kəmiyyət olaraq – 60 % çoxdur.
Hesabat dövründə Azərbaycan Braziliyadan 1 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 3 dəfə çoxdur) 941,4 ton (+2,3 dəfə), Rusiyadan 776,2 min ABŞ dolları dəyərində (+14 %) 282 ton (+7,2 %), Kanadadan 368 min ABŞ dolları dəyərində (+2,2 dəfə) 524 ton (+2,3 dəfə), Portuqaliyadan 305,3 min ABŞ dolları dəyərində (+2 %) 226 ton (-11 %), Qazaxıstandan 116 min ABŞ dolları dəyərində 56 ton (bir il əvvəl tədarük olmayıb) məhsul alıb.
2022-ci ildə Azərbaycana (14 ölkədən) idxal edilmiş 2,8 milyon ABŞ dolları dəyərində hindtoyuğu ətinin 29,6 %-i Rusiyanın, 16,2 %-i Portuqaliyanın, 14,8 %-i Türkiyənin, 13,2 %-i Braziliyanın, 12,2 %-i Kanadanın payına düşüb.