Azərbaycan iki ölkədən avokado tədarük etməyə başlayıb
- 23 iyul, 2024
- 11:22
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-may aylarında Azərbaycan 1,1 milyon ABŞ dolları dəyərində 395 ton avokado (təzə və ya qurudulmuş) idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 80 %, kəmiyyət olaraq – 95 % çoxdur.
Hesabat dövründə Azərbaycan Perudan 552 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 3,4 dəfə çoxdur) 179 ton (+3,7 dəfə), Türkiyədən 220 min ABŞ dolları dəyərində (+3 dəfə) 145 ton (+3 dəfə), Cənubi Afrikadan 81 min ABŞ dolları dəyərində (-19 %) 27 ton (-18 %), Portuqaliyadan 65 min ABŞ dolları dəyərində (+5 dəfə) 13 ton (+3 dəfə), Meksikadan 47 min ABŞ dolları dəyərində (+16 dəfə) 3 ton (+6 dəfə) avokado alıb.
Bu il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Ekvadordan (6 min ABŞ dolları dəyərində 1,2 ton) və Çindən (0,6 min ABŞ dolları dəyərində 0,1 ton) tədarük həyata keçirilib.
2023-cü ildə Azərbaycana 19 ölkədən idxal edilmiş 489 ton avokadonun 40,5 %-i Türkiyənin, 23,4 %-i Keniyanın payına düşüb.