Azərbaycan içki idxalını əhəmiyyətli dərəcədə azaldıb

Azərbaycan içki idxalını əhəmiyyətli dərəcədə azaldıb Bununla yanaşı, spirtli və spirtsiz içkilərin ixracı da xeyli azalıb
Biznes
29 Sentyabr , 2015 19:26
Azərbaycan içki idxalını əhəmiyyətli dərəcədə azaldıb

Bakı. 29 sentyabr. REPORT.AZ/ Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycandan spirtli içkilərin ixracında mənfi illik dinamika müşahidə edilib.

Dövlət Gömrük Komitəsindən "Report"a verilən xəbərə görə, 2015-ci ilin ilk 8 ayında 16 397,70 min ABŞ dolları məbləğində spirtli və spirtsiz içki ixrac edilib ki, bu da 2014-cü ilin eyni dövrünə nisbətən 25,37% azdır.

Bu ilin 8 ayında spirtli və spirtsiz içkilər ümumi ixracın 0,20%-ni təşkil edib.

Komitədən bildirilib ki, hesabat dövründə Azərbaycana ümumilikdə 37 403,05 min dollar məbləğində spirtli və spirtsiz içkilər, həmçinin sirkə idxal edilib. Bu isə 2014-cü ilin eyni dövrü ilə müqayisədə 24,48% azdır. Nəticədə bu məhsulların ölkənin ümumi idxalında payı 0,63% təşkil edib.

Son xəbərlər

Orphus sistemi