Azərbaycan Gürcüstanın şəkər və qənnadı məmulatları tədarük etdiyi əsas bazar olub
- 23 yanvar, 2024
- 06:58
Yeniliklərdən dərhal xəbərdar olun!
2023-cü ildə Gürcüstan Azərbaycana 2,31 milyon ABŞ dolları dəyərində şəkər və qənnadı məmulatları ixrac edib.
“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci illə müqayisədə 42 % azdır.
Beləliklə, Azərbaycan Gürcüstanın şəkər və qənnadı məmulatları ixrac etdiyi 22 ölkə sırasında 1-ci yerdə qərarlaşıb.
Hesabat dövründə Gürcüstan xarici ölkələrə 3,44 milyon ABŞ dolları dəyərində şəkər və qənnadı məmulatları satıb ki, bu da bir il əvvəlki göstəricidən 31 % azdır.
Ötən il Gürcüstandan Rusiyaya 427 min ABŞ dolları dəyərində, Ermənistana 345 min ABŞ dolları dəyərində, İrana 182 min ABŞ dolları dəyərində, Estoniyaya 77 min ABŞ dolları dəyərində tədarük həyata keçirilib.
Xatırladaq ki, 2022-ci ildə Gürcüstan 5 milyon ABŞ dolları dəyərində şəkər və qənnadı məmulatları ixrac edib ki, bunun da 4 milyon ABŞ dolları Azərbaycanın payına düşüb. 2021-ci illə müqayisədə Azərbaycanın Gürcüstandan həmin məhsulların tədarükünə çəkdiyi xərci 24 dəfə artıb.