Azərbaycan Gürcüstanın plastik və rezin məmulatlar ixrac etdiyi 2-ci əsas bazardır

Biznes
  • 21 fevral, 2024
  • 05:55
Azərbaycan Gürcüstanın plastik və rezin məmulatlar ixrac etdiyi 2-ci əsas bazardır

Bu ilin yanvar ayında Gürcüstan Azərbaycana 1 milyon ABŞ dolları dəyərində plastik və rezin məmulatlar ixrac edib.

“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən 52 % çoxdur.

Beləliklə, Azərbaycan Gürcüstanın plastik və rezin məmulatlar ixrac etdiyi ölkələr sırasında 2-ci yerdə qərarlaşıb.

Hesabat dövründə Gürcüstan xarici ölkələrə 4,2 milyon ABŞ dolları dəyərində sözügedən məhsul satıb ki, bu da bir il əvvəlki göstəricidən 38 % azdır. O cümlədən, Gürcüstandan Ermənistana 1,5 milyon ABŞ dolları, Polşaya 394 min ABŞ dolları, Türkiyəyə 367 min ABŞ dolları, Cənubi Koreyaya 217 min ABŞ dolları dəyərində tədarük həyata keçirilib.

Xatırladaq ki, 2023-cü ildə Gürcüstan 86 milyon ABŞ dolları dəyərində plastik və rezin məmulatlar ixrac edib ki, bunun da 22,2 milyon ABŞ dolları Azərbaycanın payına düşüb.

Son xəbərlər

Bütün Xəbər Lenti