Azərbaycan Gürcüstandan tərəvəz tədarükünə çəkdiyi xərci 42 % artırıb

Azərbaycan Gürcüstandan tərəvəz tədarükünə çəkdiyi xərci 42 % artırıb Bu ilin I rübündə Gürcüstan Azərbaycana 1,35 milyon ABŞ dolları dəyərində tərəvəz məhsulları ixrac edib.
Biznes
27 Aprel , 2024 11:06
Azərbaycan Gürcüstandan tərəvəz tədarükünə çəkdiyi xərci 42 % artırıb

Bu ilin I rübündə Gürcüstan Azərbaycana 1,35 milyon ABŞ dolları dəyərində tərəvəz məhsulları ixrac edib.

“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən 42 % çoxdur.

Hesabat dövründə Gürcüstandan xarici ölkələrə 64 milyon ABŞ dolları dəyərində tərəvəz məhsulları göndərilib ki, bu da bir il əvvəlki göstəricidən 10 % çoxdur. O cümlədən Gürcüstan Rusiyaya 14 milyon ABŞ dolları dəyərində, Ermənistana 10,7 milyon ABŞ dolları dəyərində, Çinə 9,3 milyon ABŞ dolları dəyərində, İspaniyaya 4,2 milyon ABŞ dolları dəyərində, Almaniyaya 3,9 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.

Xatırladaq ki, 2023-cü ildə Gürcüstan xarici ölkələrə 265 milyon ABŞ dolları dəyərində tərəvəz məhsulları satıb ki, bunun da 3,5 milyon ABŞ dolları Azərbaycanın payına düşüb.

Son xəbərlər

Orphus sistemi