Azərbaycan Gürcüstandan tekstil alışına çəkdiyi xərci 63 % azaldıb

Biznes
  • 21 fevral, 2024
  • 08:46
Azərbaycan Gürcüstandan tekstil alışına çəkdiyi xərci 63 % azaldıb

Bu ilin yanvar ayında Gürcüstan Azərbaycana 892 min ABŞ dolları dəyərində tekstil və tekstil məmulatları ixrac edib.

“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən 63 % azdır.

Beləliklə, Azərbaycan Gürcüstanın tekstil və tekstil məmulatları ixrac etdiyi ölkələr sırasında 3-cü yerdə qərarlaşıb.

Hesabat dövründə Gürcüstan xarici ölkələrə 17,73 milyon ABŞ dolları dəyərində tekstil və tekstil məmulatları satıb ki, bu da bir il əvvəlki göstəricidən 17 % çoxdur.

Ötən ay Gürcüstandan Türkiyəyə 9,4 milyon ABŞ dolları dəyərində, Ermənistana 3,73 milyon ABŞ dolları dəyərində, Polşaya 822 min ABŞ dolları dəyərində, İtaliyaya 586 min ABŞ dolları dəyərində tədarük həyata keçirilib.

Xatırladaq ki, 2023-cü ildə Gürcüstan 231 milyon ABŞ dolları dəyərində tekstil və tekstil məmulatları ixrac edib ki, bunun da 19,6 milyon ABŞ dolları Azərbaycanın payına düşüb.

Son xəbərlər

Bütün Xəbər Lenti