Azərbaycan Gürcüstandan təbii bal idxalını bərpa edib
- 05 iyun, 2024
- 14:29
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-mart aylarında Azərbaycan 335 min ABŞ dolları dəyərində 60,7 ton təbii bal idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 6,3 dəfə, kəmiyyət olaraq – 6 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycana Rusiyadan 180 min ABŞ dolları dəyərində 35,9 ton (bir il əvvəl tədarük olmayıb), Türkiyədən 113,85 min ABŞ dolları (bir il əvvəlki göstəricidən 4 dəfə çoxdur) dəyərində 16,7 ton (+2,4 dəfə), Gürcüstandan 38,5 min ABŞ dolları dəyərində 7,7 ton, Almaniyadan 2 min ABŞ dolları (-88,5 %) dəyərində 0,15 ton (-90 %), İrandan 0,9 min ABŞ dolları (-86 %) dəyərində 0,25 ton (-87 %) məhsul gətirilib.
Azərbaycan 2 il 3 aylıq fasilənin ardından Gürcüstandan təbii bal tədarükünü bərpa edib.